Əməkdar artist Gülbahar Şükürlü aparıcı Zaur Kamaldan küsüb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu haqda Zaur "5/5" verilişində deyib. O bildirib ki, qarmon ifaçısının bir neçə ay əvvəl vəfat edən ərinin yas mərasiminə getməyib:
"Nə xeyrə, nə şərə gedirəm. Başım işlərə o qədər qarışıb ki... Gülbahar Şükürlünün həyat yoldaşına Allah rəhmət eləsin. Kiməsə zəng vurub başsağlığı verməyi sevmirəm. Deyib ki, Zaur mənə yaxın adam idi, dəfndə iştirak etmədi. Amma ölü öləndə getmək lazımdır".