“Hava canavarı” serialı ilə məşhurlaşan amerikalı aktyor Can Mişel Vinşent vəfat edib.
Unikal.org xəbər verir ki, 1970-80-ci illərə damğa vuran aktyor şəxsi həyatı ilə də gündəmdən düşməyənlər arasında idi.
Partnyorlarına qarşı şiddət göstərməsi ilə bağlı məhkəməlik olan sənətçi “Hava canavarı” serialında hər bölüm üçün 200 min dollar qazanırdı.
Pis vərdişlərinə görə karyerası yerlə bir olan aktyor iki dəfə ciddi yol qəzası keçirərək, boynundan yaralandı və səsini itirdi. 2014-cü ildə isə sağ ayağı kəsildi.
O, ürəyində yaranan problemlərə görə 74 yaşında dünyasını dəyişib.