İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Bianco Fondunun Baş Katibi,  Simone Giomettinin  dəvət məktubu əsasında ATMU –nun rektoru cənab İlham Mədətov  28 fevral – 04 mart 2019 – cu il tarixlərində İtaliya Respublikasının Florensiya şəhərində adıkeçən beynəlxalq təşkilatın 21 – ci Baş Assambleyası çərçivəsində təşkil olunmuş  “Həyat sülhün qurucusu kimi, 2019” adlı Beynəlxalq Simpoziumda iştirak edib.

Unikal.org xəbər  verir ki, beynəlxalq tədbirin təşkilində əsas məqsəd mütəxəssislər, akademik və professorlar səviyyəsində müzakirə - məlumat mübadiləsinin təmin edilməsi, “Mədəni irs”, “Destinasiya menecmenti”, “Şəhər və ərazilərin idarə olunması” mövzularında faydalı təcrübələrin dünya ölkələri və xalqları ailəsinə təşviqindən, o cümlədən mədəni irsdən zövq alınması, mədəniyyətlərarası dialoqa dair məlumatlılığın artırılmasından ibarət idi.

Beynəlxalq tədbir günlərində mədəni irslə bağlı məruzələrin dinlənilməsi, İtaliya Respublikasındakı müvafiq təşkilat təmsilçiləri ilə görüşlərin təşkili yaddaqalan olmuşdur. ATMU rektoru İlham Mədətov beynəlxalq  tədbirdə “ Azərbaycan Respublikasında mədəni irs: mövcud vəziyyət və yeni imkanlar” mövzusunda məruzə- təqdimatla çıxış etmişdir. Universitetdən verilən digər məlumatda bildirilir ki,rektor İlham Mədətovun ”Həyat sülhün qurucusu kimi,2019”adlı Beynəlxalq Simpozium çərçivəsində İtaliya Respublikasında fəaliyyət göstərən müvafiq təşkilat  və  bir sıra ali təhsil müəssisələrinin nüfuzlu  nümayəndələri ilə keçirdiyi görüşlər də faydalı olmuşdur. İştirakçılar mədəni irslə bağlı beynəlxalq tədbirlərin kəmiyyət və keyfiyyət baxımından  səmərəli həlli yollarının araşdırılması, təhsil - mədəni irs bağlıığının elmi əsaslarla əlaqələndirilməsinin əhəmiyyətini zamanın tələblərindən biri kimi dəyərləndiriblər.