Bu gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd olunub ki, hazırda sərnişinlər Bakıda mehmanxanalara yerləşdirilib: “Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün onlarla xüsusi xidmət orqanlarının əməkdaşları işləyir. Sabah sərnişinlər yerli vaxtla saat 10:00-da eyni təyyarə ilə Moskvaya yola salınacaqlar”.

Xatırladaq ki, Rusiya şirkətinə məxsus “Airbus A321” tipli təyyarə Bəhreyndən Moskvaya reys yerinə yetirərkən göyərtəsində bomba olması ehtimalına görə Bakıda təcili eniş edib. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 225 nəfər olub.