Türkiyənin tanınmış müğənnisi Demet Akalının Bakıya gəlişi xeyli müzakirələrə səbəb olub.
Unikal.org xəbər verir ki, D.Akalın Bakıya sünnət toyunda iştirak etmək üçün təşrif buyurmuşdu. Məclisdən sonra ölkəsinə dönən türkiyəli müğənnini Bakıya kimin gətirməsinə dair müxtəlif məlumatlar yayılmaqdadır. Bəzi KİV-lər müğənninin “Böyük saray” restoranında baş tutan məclisdə oxumaq üçün 200 min manat qonorar aldığını yazırlar.
20 ildən artıq Türkiyədə yaşayan və işləyən iş adamı Vəfadar Həsənov Unikal.org-la əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib. O qeyd edib ki, həmin toyun sahibi özüdür və Demet Akalınla uzun illərdir ki, ailəvi dostdurlar:
“Biz Demet Akalın ilə uzun illərdir ki, ailəvi dostuq. Demet xanım özü hədiyyə olaraq toy məclisinə qatılmağı və orada qonaq qismində iştirak etməyi təklif edib və mən də qəbul etmişəm”.