Qonşuları verdiyi cəsarətli pozlarla məşhur olan aktrisa Emili Ratackovski və həyat yoldaşı Sebastian Beardan şikayətçi olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ikilinin evində həddən artıq səs-küy olmasıdır.
Səhərə qədər yüksək səslə mahnılar dinləyən cütlük qonşuların qorxulu yuxusuna çevrilib.
İddialara görə, yaxınları onları ən problemli ikili adlandırır.
Emili və Sebastian isə edilən xəbərdarlıqlara baxmayaraq, eyni formada davam edir.