Müğənni Natavan Həbibi həmkarı Aysel Əlizadə barədə yayılan söz-söhbətə sosial şəbəkə vasitəsilə münasibət bildirib.
Unikal.org xəbər verir ki, İnstaqram hesabında fikirlərini yazan ifaçı dünya ulduzlarının şəxsi həyatını nümunə gətirib:
"Nələri yaddaşdan silmədi ki bu illər... Tamaşaçının indi dağ başına qaldırdığı starların, bir çoxları üçün kumir olanların elə yaşananlar, elə səhvlər və hərəkətləri unudulub ki...
Söhbət heç tək bizim sənətçilərimizdən getmir, dünya ulduzlarının həyatlarında da çətin məqamlar yaşanıb, amma sonu nədir? Reklam və gündəmdən başqa bir şey deyil. İnsanlar 3-4 gün danışıb, yeni mövzu ortaya çıxana qədər vaxtlarını doldurub, sadəcə başlarını qatarlar. Çünki hərənin öz dərdi, problemi və özəl həyatı var. Təbii ki, səhvsiz insan yoxdur. Kimsə böyük danışmasın!
Başqasının sirrini, özəlini açan hələ xeyir tapmayıb. İnsan özünü və uşaqlarını düşünsə, heç ağzını açmaz, amma heyiflər olsun ki, bir çoxları sadəcə danışmaq üçün danışır. Bunun bədəlinin nə qədər ağır olduğunu düşünmür.
Nəticədə, olan sənətçiyə və onun ailəsinə olur. Amma çətin olsa da, o da unudulur. Demək istədiyim odur ki, hər bir halda çox dərinə getməyin. Kimin günahı var, özü bilər".
Qeyd edək ki, Turanə Nəcəfova adlı qadın "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin iş adamı olan həyat yoldaşı Elçinlə sevgili olduğunu və 13 illik ailəsini dağıtdığını iddia edir.