Açıq-saçıq geyimi ilə seçilən müğənni Afaq Aslan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkil etdiyi bayram şənliyinə dəvət alıb.
Unikal.org xəbər verir ki, konsert proqramına bir çox sənət adamı qatılsa da, yalnız Afaq Aslan müzakirə obyekti olub.
Onun səhnə geyimi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Afaq Aslan tənqid edilərkən, onu tədbirə dəvət edənlər də unudulmayıb.
Sosial şəbəkədə paylaşılan görüntüləri təqdim edirik: