Bakıda dəm qazından daha bir ölüm faktı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, V.Əliyev küçəsi 36 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1970-ci il təvəllüdlü Elçin Qüdrət oğlu Feyzullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.