
Beyləqanda azyaşlı arxa yıxılaraq boğulub.
Daxili İşlər Nazirliyindən unikal.org-a verilən xəbərə görə, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.
Orada yaşayan azyaşlı Pünhan Babayev evlərinin yaxınlığından keçən arxa yıxılaraq boğulub.
Faktla bağlı araşdırma aparılır.