Aparıcı Xoşqədəm Hidayətqızı daha bir məşhurun ailə dağıtdığını açıqlayıb.
Unikal.org axşam.az-a istinadən bildirir ki, o, bu haqda "Səni axtarıram" verilişinin bugünkü buraxılışında deyib. Aparıcı bu dəfə bir rəqqasə haqda xəbər aldığını deyib:
"İndi də daha bir rəqqasə haqda yazıblar mənə. O da ailə dağıdıb. Həmin rəqqasə də birinin bədbəxtliyi üzərində xoşbəxtliyini qurubdur".
Hidayətqızı daha sonra bildirib ki, ailə dağıdan bütün məşhurların adını efirində açıqlayacaq:
"Mənə yazan ana-bacıların haqqını qoruyuram. Mənə yazdılar ki, o, rəqqasənin də başına oyun açın, adını açıqlayın. Mən də açacam adlarını. Kim istəyir məhkəməyə versin. Onun da adını açıqlayacam, bir az düşsün aşağı".
Qeyd edək ki, Turanə adlı xanım 13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını söyləyib. O, iş adamı olan əri Yetim ləqəbli Elçinin müğənni ilə eşq yaşadığını söyləyib.