Kıvanç Tatlıtuğ "Ezel" və "Kuzey Güney"dən sonra yayımlanan "Çarpışma"da sərt birini canlandırmasına görə tənqid edilib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbləşib. 

Tatlıtuğ "Bu rollar üstümə yapışmayıb. Nə gəlirsə onu oynayıram" deyərək, sərt reaksiya verib. O bildirib ki, belə obrazları özü seçmir:

"Bu forma da təsadüf edir. Özəl edilən bir şey deyil. Bir də gördünüz qarşıdakı layihələrdə fərqli obrazda qarşınıza çıxdım".

Kıvançın bu yay yeni bir filmdə rol alacağı öyrənilib.