Avstriyanın məşhur müğənnisi, "Avroviziyon - 2014"-ün qalibi Tomas Noivirit artıq Konçita Vurst obrazından çıxmağı planlaşdırır. O bundan sonra həyatını "qadın" kimi davam etdirməyəcək.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, Konçita kimi məşhurlaşan müğənni artıq qadın eqosundan əl çəkib. Müğənninin sözlərinə görə, onu daha qadın donları və obrazları maraqlandırmır:
"Mən "Avroviziyon" yarışmasını və onunla bağlı hər şeyi sevirəm. Bu yarışmadan sonra Konçitanın böyük imkanlara malik olduğunu anladım. Hazırda özümə yeni səhifə açıram. Əgər səhnəyə qadın obrazında, qızılı donda çıxırdımsa, hazırda saqqallı, uzunboğaz çəkmədə olan gənc oğlanam. Özümü kişi obrazında daha rahat və komfortlu hiss edirəm. Əminəm ki, bu obrazımda küçədə heç kəs məni tanımaz".
Xatırladaq ki, ötən il Tomas açıqlama verərkən bildirmişdi ki, artıq Konçitanı "öldürməyə" hazırlaşır və bu barədə öz "instagram" hesabında da status paylaşmışdı.