Türkiyəli müğənni Bülent Serttaş qardaşı Ahmet Serttaşı polisə şikayət edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, prokurorluğa yazdığı ərizədə ailəsinin və özünün qorunmasını tələb edib. Qorunma tələbinin səbəbi qardaşı Ahmetin verilişlərin birinə qatılıb sərt çıxış etməsi olub. A.Serttaşın dediyinə görə qardaşı ona verdiyi vədə əməl etməyib. Belə ki, Bülent ona ev, maşın alacağını və restoran açacağını deyib. Lakin müğənni vədlərini yerinə yetirməyib.
Qeyd edək ki, Bülentin şikayətindən sonra onların 10 ildir danışmadıqları ortaya çıxıb.