Meksikanın Puebla ştatında 11 nəfərin öldürülməsi ailələrin müxtəlif dini cərəyanlara məxsus olması ilə əlaqədardır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hüquq mühafizə orqanları bu variantı əsas səbəb hesab edirlər. Qeyd edək ki, dəhşətli qətl hadisəsi bu gün baş verib. Hadisə nəticəsində beş qadın, dörd kişi və iki uşaq öldürülüb. Daha 3 uşaq, o cümlədən 4 yaşlı 2 qız müxtəlif xəsarət alıblar. 
Hazırda yaralıların hamısına tibbi yardım göstərilir.