Azərbaycanın Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək. 

Müdafiə Nazirliyindən Unikal.org-a verilən xəbərə görə, səfər Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.