Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.

Unikal.org xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində bildirib.

E. Litzenberqer qeyd edib ki, Azərbaycan NATO üçün vacib tərəfdaş hesab olunur: “Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".