Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə bu gün Bakıda bir sıra tədbirlər keçiriləcək.

Unikal.org xəbər verir ki, paytaxtın bütün rayonlarında ağacəkmə aksiyası, saat 17:00-da Bakı bulvarında konsert proqramı, saat 18:00-da Xəzər rayonu Heydər Əliyev parkında fləşmob keçiriləcək. 

Axşam saat 21:00-da isə saat qülləsi yanında böyük atəşfəşanlıq olacaq.