Zaqatala rayonunun Muxax kənd sakini Etibar Çobanova məxsus fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb.

Unikal.org-a açıqlama verən ev sahibi bildirib ki, heyvan skeleti evdə təmir işləri aparılarkən aşkar olunub:

"Evin döşəməsini sökərkən bir skelet tapdım. Hansı heyvana məxsus olduğunu bilmədim. Fikir vermədən sobaya atıb skeleti yandırdım. Bir müddət sonra söküntü işləri davam edəndə yenidən ikinci skelet tapdım. Onu götürüb saxladım. Skeletin qabaq ətrafı yoxdur, iki arxa ətrafı var. Skeletin  uzunluğu 20 sm-dir. Buna görə də onun hansı heyvan olduğunu müəyyənləşdirmək çətindir. Bu günə qədər kənd ərazisində belə bir forması olan heyvana rast gəlməyiblər. Aidiyyatı qurumlardan xahiş edirəm gəlib araşdırma aparsınlar ki, bu skelet hansı heyvana məxsusdur".

Famil Fərhadoğlu