Prezident Ilham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə  mənzil bağışlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib.

Xəbəri Unikal.org-a körpənin atası Rauf Həsənov təsdiqləyib.

"Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə cənab prezidentə və xanımına təşəkkür edirəm".

Famil Fərhadoğlu