Sosial şəbəkələrdə bir nəfər sərnişinin gömrük yoxlanışı zamanı səhv aparatdan keçməsi ilə bağlı videogörüntülərin yayımlanması tənqid edilib.

Unikal.org xəbər verir ki, videodan da göründüyü kimi, sərnişin bilmədən yüklərin yoxlanıldığı aparatdan keçir. 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilıib ki, bu hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: 

"Stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər. Hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu  videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur".