Sabah Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matvienko Bakıya ikigünlük səfərə gələcək.
Unikal.org-un xəbərinə görə, səfər çərçivəsində Milli Məclisin spikeri Oqtay Əsədovla və Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş olacaq.
Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.