Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix Diyarşunaslıq Muzeyinin direktoru Ağayar Nəsirov iş otağında ölmüş vəziyyətdə aşkarlanıb.

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyit müayinə olunmaq üçün ekspertizaya aparılıb.