Türkiyə Respublikasının İzmir Kamalpaşa Bələdiyyəsi və Ege Peşəkar Aşpazlar Dərnəyinin təşkilatçılığı ilə 30 aprel - 6 may 2019 – cu il tarixlərində Türkiyə Respublikasının İzmir şəhərində “III Beynəlxalq yemək yarışması və Mədəniyyət” festivalı keçirilib.
Unikal.org xəbər verir ki, adıkeçən beynəlxalq tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı çərçivəsində ölkəmiz də iştirak hüququ qazanıb. Dünya xalqları təmsilçilərinin qatıldığı beynəlxalq tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) xidmət mühəndisliyi fakultəsinin qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan 3 – cü kurs tələbəsi Gülnur Nağızadə ”III Beynəlxalq yemək yarışması və Mədəniyyət” adlı beynəlxalq yarışmanın qalibi olub.
Münsiflər heyətinin yekdil qərarı ilə G.Nağızadə beynəlxalq festivalın qızıl və gümüş medalına layiq görülüb.