İsmayıllıda ikinci həyat yoldaşı intihar edən Seyhunun birinci həyat yoldaşı barədə söylədiyi fikirlər qalmaqala səbəb olub.

Unikal.org  xəbər verir ki, Seyhunun keçmiş həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün boşadığını deməsi Vüsaləni cavab verməyə məcbur edib.

38 günün gəlini olan Vüsalə Seyhunun psixoloji problemlərinin olduğunu və ona müxtəlif işgəncələr verdiyi üçün boşandığını deyib: "Bakirə çıxmasaydım, 38 gün o evdə qalmazdım və o evi özüm tərk etməzdim. Siçanı öldürüb mənə deyirdi ki, bu siçanın başını qopardığım kimi sənin də başını qopararam. Atamla, qardaşımla, hətta anamla belə görüşməyə icazə vermirdi. Anamla atam məni xilas etdi". 

Vüsalə keçmiş həyat yoldaşı onun haqqında şok ifadələr səsləndirib:

"Toydan əvvəl bəyənib aldığı donları gecə zorla öz əyninə geyinib, ayaqqabıları ayağına keçirib, güzgünün qabağında dayanıb özünə baxıb həzz alırdı. Güzgüdə öz-özünə danışırdı".

Qeyd edək ki, İsmayıllıda intihar edən 5 ayın gəlini Mahirə Hüseynovanın ailəsi Space TV-də yayımlanan "Gəl, dərdini danış" verilişində onun ölümündə həyat yoldaşını ittiham edib. Onlar bildiriblər ki, qızlarının əri Seyhun həddindən artıq qısqanc olub.

Ailə üzvləri Mahirənin intihar həddinə çatdırıldığını, yaxud öldürüldüyünü idda ediblər. Efirdə intihar edən gəlinin toyundan kadrlar nümayiş etdirilib. Kadrlarda diqqət çəkən məqamlar gözdən qaçmayıb. Xüsusən Mahirənin ərinin qısqanclığı, ona toyda oynamağa icazə verməməsi və toyu yarıda tərk etmələri hər kəsin diqqətini cəlb edib.

Xatırladaq ki, ötən ay İsmayıllı rayonunun İvanovka kəndində 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil. İlkin ehtimala görə, M.Hüseynova ailə münaqişəsi zamanı əsəbiləşərək intihar edib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.