Ermənistan parlamenti sədrinin müavini və hakim Respublika partiyasının mətbuat karibi Eduard Şarmazanov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin görüşü ATƏT-lə münasibətlərə xələl gətirməyəcək.
Unikal.org «RİA Novosti»yə istinadən xəbər verir ki, Şarmazanovun sözlərinə görə, bu Rusiyanın təşəbbüsü ilə keçirilən ilk görüş deyil: «Fransa və ABŞ da eyni uğurla görüşlər təşkil edib».
Şarmazanov bildirib ki, bu görüşlər danışıqlar prosesinin bərpası üçün əsas rolunu oynaya bilər: «İstənilən, hətta uğursuz danışıqlar belə, onu göstərir ki, danışıqların bərpasına və məsələnin sülh yolu ilə həllinə ümid var».