Bakıda iki dostu – Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Nurani Məmmədov apellyasiya şikayəti verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, cinayət işi Apellyasiya Məhkəməsinin hakimi Əfqan Bayramovun icraatına verilib.
Təqsirləndirilən tərəf məhkəmədən qəsdən adam öldürmə maddəsini hökmdən xaric edilməsi, zəruri müdafiə həddinin aşılmasını hökmdə tam əhatə etməsini xahiş ediblər.
Eyni zamanda, zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib və onlar təqsirləndirilən şəxsin ömürlük cəzanın verilməsini məhkəmədən xahiş edirlər.
Təqsirləndirilən şəxslər isə özlərini zəruri müdafiə etdiklərini israrla bildiriblər.
Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov faktı təsdiq edib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın verdiyi hökmə əsasən, Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Belə ki, Nurani Məmmədova qarşı irəli sürülmüş 120.2.2-ci və 120.2.7 maddələri xaric edilib. Ramin Quliyevə qarşı irəli sürülmüş 32.4, 120.2.2-ci və 32.4, 120.2.7-ci maddələrinə bəraət verilib.
Yunis Rəhimov 3 il və Sərxan Şahbazov isə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.
Xatırladaq ki, prokuror məhkəməyə təqsirləndirilənlərdən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il və Sərxan Şahbazovun isə 3 il azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki,paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı qətlə yetirib.
Hadisəni törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin icraatinda araşdırılıb. Hakim 2025-ci ilin mayinda dünyasını dəyişdiyi üçün cinayət işi hakim Aygun Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib.
Orxan Rasifoğlu
















.webp)


























.jpg)








