Tailand Kralı Maha Vajiralongkornun (X Rama) böyük qızı Şahzadə Phatchara Kittiyapha Banqkokda vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Kral Ev Bürosu məlumat yayıb.
Qeyd olunur ki, Şahzadə ürək problemi ilə əlaqədar olaraq 15 dekabr 2022-ci ildən bəri koma vəziyyətində olub və klinikada müalicə alıb.
"Tibb işçilərinin diqqətli qayğısına baxmayaraq şahzadənin vəziyyəti tədricən pisləşib. O, 11 iyun 2026-cı il, 47 yaşında Tailand Qırmızı Xaç Cəmiyyətinin Kral Çulalongkorn Memorial Xəstəxanasında dinc şəkildə vəfat edib", - məlumatda qeyd olunub.








.webp)

























.jpg)


















