BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə artan gərginlikdən narahatlığını ifadə edib.

"Unikal" xəbər verir ki, onun sözçüsü Stefan Düjarrikin sözlərinə görə, Quterreş ABŞ-nin İrana, İranın isə Fars körfəzi ölkələrinə endirdiyi zərbələri narahatlıqla izləyir.

Baş katib tərəfləri atəşkəs rejiminə tam əməl etməyə, vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb. O bildirib ki, münaqişənin həlli üçün yeganə yol dialoq və danışıqlardır.

Quterreş ABŞ və İranı dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması naminə səylərini artırmağa dəvət edib.