Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində ötən ilin dekabr ayında həbs olunan “Qalatasaray” klubunun vitse-prezidenti Erdən Timur azadlığa buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

O, cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması ittihamı ilə həbs edilmişdi.