"Barselona"nın qanad oyunçusu Lamin Yamal UNICEF-in xoşməramlı səfiri təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.
18 yaşlı futbolçu təşkilatın tarixində ən gənc səfirlərdən birinə çevrilib. O, uşaqların oynamaq hüququnu təşviq edəcək və fövqəladə hallarda yetkinlik yaşına çatmayanları dəstəkləyən proqramları dəstəkləyəcək.
Yamal 2024-cü ildən bəri UNICEF ilə əməkdaşlıq edir.
Gülayə Mecid

















































