ABŞ-nin Myanmadakı səfirliyinin əməkdaşı ölkənin ən böyük şəhəri Yanqonda ölü tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Agentliyin məlumatına görə, diplomatın meyiti iki həftə əvvəl Yanqon hotelində tapılıb. ABŞ Dövlət Departamenti səfirlik işçisinin ölümünü AP-yə təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.
Agentliyin məlumatına görə, diplomatın ölümündə iştirak etməkdə şübhəli bilinən Tailand vətəndaşı saxlanılıb. Yerli hüquq-mühafizə orqanları qətl ehtimalını araşdırır.
Gülayə Mecid

















































