Pakistanın Kəşmir əyalətində baş verən hərbi helikopter qəzasında ən azı 22 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb.
Qeyd olunur ki, həlak olanlar arasında 19 əsgər, bir ordu mayoru və iki polkovnik olub. Hərbçilər dəfn olunub.
Pakistan ordusu bildirib ki, Mi-17 helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və göyərtədəki bütün insanlar həlak olub.
Qəzanın dəqiq texniki səbəbi ilə bağlı araşdırma aparıldığı əlavə edilib.
***09:15
Pakistan ordusuna məxsus MI-17 helikopteri Kəşmirdə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və nəticədə göyərtədəki bütün hərbçilər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan mətbuatı yazıb.
Qəza, regional paytaxt Müzəffərabad yaxınlığında, müxtəlif qrupların etiraz və tətil zamanı baş verib. Həlak olan hərbçilərin sayı açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Gülayə Mecid

















































.jpg)
