“İstiqamətlərimizdən biri istixana sahələrinin inkişafının genişləndirilməsidir. 500 hektar istixana sahələrinin artırılması hədəflənir”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov deyib.

“Bu istiqamtdə ilkin addımlarımız da var. Belə ki, Şərqi Zəngəzurda pilot istixana aqroparkının yaradılması ilə bağlı prosesə başlanılıb. Cəbrayılda təqribən 122 hektarda aqropark yaradılacaq”, - deyə R.Hüseynov bildirib.

Anar Kəlbiyev