Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılan daha birinin adı məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, saxlanılanlardan biri isə Füzuli Beynəlxalq Hava Limanı Gömrük Postunun rəisi Şamil İbadovdur. 

*** 20:00

Baş Prokurorluğun İstintaq idarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

"Unikal"ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.  Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlardır. 

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb. 

Seymur Əli