QADININ ƏRİNİ ÖLDÜRMƏSİNƏ SƏBƏB ONUNLA CİNSİ ƏLAQƏDƏ OLMAMASINI ƏSAS GƏTİRƏRƏK BU CİNAYYƏTİ TÖRƏTDİYİNİ BOYNUNA ALIB
 
Hindistanın Əhmədabad şəhərinin Noblenagar kəndində 2 Noyabr 2013 tarixində yaşanan cinayət hadisəsinin, ötən bazar ertəsi günü edilən duruşmasında Vimla Vaghela adlı qadın, əri Narsinhi öldürməkdən günahkar edərək hakim U. M. Bhatt tərəfindən ömür boyu həbs cəzasına məhkum edildi.

Aldatmakla günahlandırdığı ərini çubuqla döyərək öldürdü
 
 
Dava protokollarına görə, Vimla və əri Narsinh 2 Noyabr 2013 günü günortadan sonra evdə tək olduqları sırada, qadın yoldaşıyla cinsi əlaqəyə girmək istədi. Ərinin əlaqə təklifini rədd etməsi sonrasında hirslənərək hövsələdən çıxan qadın, yoldaşıyla mübahisə etməyə başladı. Əri Narsinhi özünü başqa bir qadınla aldatmakla ittiham edən qadın, müzakirənin qızışdığı sırada əlinə keçirdiyi bir çubuqla yoldaşının başına üst-üstə zərbələr vurmağa başladı. Başına aldığı zərbələr sonra yığılıb qalan adam hadisə yerində can verdi.

Özünü müdafiə edərkən öldürdüyünü iddia etdi

Hadisə sonrasında evinin qapısını kilidləyən Vimla, kəndi Noblenagarın bağlı olduğu Sardarnagar bölgəsi polis mərkəzinə gedərək ərini öldüyünü boynuna alıb. Hadisəni araşdıran polisin daha sonra təkrar sorğuya aldığı Vimla, özünü müdafiə etdiyi əsnada ərini öldürdüyünü iddia etdi. Bunun üzərinə Vimya adlı qadın cinayətlə günahlandırılaraq həbs olundu və haqqında iddia açıldı. Ötən bazar ertəsi günü Əhmədabad şəhərində edilən son məhkəmədə Vilma Vaghela, əri Narsinhi öldürməkdən günahkar bilinərək ömürlük məhkum edilib.