Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən bildirir ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan, 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar.
 
İ. Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.
 
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.