Rusiyanın "Uralvaqonzavod" korporasiyası "T-90C" tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam yerinə yetirib.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Uralvaqonzavod" koorporasiyasının baş direktoru Oleq Siyenko Sankt Peterburq Beynəlxalq İqtisadi Forumda deyib.
"Öhdəliyi tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb", - deyə Siyenko bildirib.
Rusiya və Azərbaycan arasında 2010-cu ildə silah və texnikanın tədarükü barədə razılıq əldə olunub. Ekspertlər 1 milyard dollar dəyərində olan bu razılaşmanın 2017-ci ildə icra olunacağı bildirib.
Bundan əvvəl Rusiya istehsalı "PDM-3" piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.