Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirlərini davam etdirir.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, bu məqsədlə rayonun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yandırılma yolu ilə məhv edilir. Növbəti belə tədbir ən ucqar yaşayış məntəqələrindən olan Astaf kəndində keçirilib. Polis əməkdaşları ümumi çəkisi 1 ton 400 kiloqram olan 5300 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 1 və 2 metr arasında dəyişib.
Xatırladaq ki, ötən mövsüm Daşkəsən rayonu ərazisində təxminən 5 tona yaxın çətənə kolları aşkarlanıb.