Bu gün Azərbaycan Beynəlxalq Bankının kartlarından pul silinməsi halları müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər.

Bankdan verilən məlumata görə, buna səbəb 3-cü tərəf sistemlərində yaranmış texniki çətinlikdir.

"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq", - məlumatda bildirilib.