Fransada Ebola virusuna ilk yoluxma halı aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, virusa yoluxan şəxs bu yaxınlarda Konqo Demokratik Respublikasından qayıdan həkimdir.
Səhiyyə Nazirliyi xəstəyə ölkəyə gəldikdən sonra "dərhal qulluq göstərildiyini" və ixtisaslaşmış bir müəssisədə "təcrid olunduğunu" bildirir. Onun xəstəxanaya köçürülməsi "hər hansı bir yoluxma riskinin qarşısını almaq üçün təhlükəsiz şəraitdə" həyata keçirilib
Həmçinin, nazirlik açıqlamasında bildirib ki, "Vəziyyət Baş nazir tərəfindən yaxından izlənilir".
Gülayə Mecid
























.jpg)










.jpg)






.png)





