Prezident İlham Əliyev Gülçöhrə Məmmədovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Unikal.org-un məlumatına görə, sənədlə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gülçöhrə Hüseyn qızı Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Qeyd edək ki, Gülçöhrə Məmmədova Memarlıq və İnşaat Universitetinin rektorudur.