Dağıstanda keçirilən xüsusi əməliyyat nəticəsində 10 silahlı məhv edilib.
Unikal.org-un məlumatına görə, bu barədə TASS agentliyinə respublikanın güc strukturundakı mənbə bildirib.
 "Son məlumatlara əsasən, 10 silahlı məhv edilib. "Cənub" quldur dəstəsinin lideri Dərbənt və Tabasaran rayonlarının sərhədində, daha 9 silahlı Süleyman-Stal rayonunda. Öldürülən silahlıların şəxsiyyətləri müəyyənləşdirilir", deyə mənbə bildirib.