Ermənistan nəzdində fəaliyyət göstərən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Dairəsi işçiləri Ermənistandan Türkiyəyə qanunsuz keçmək istəyən bir Anqola vətəndaşını tutaraq erməni təhlükəsizlik qüvvələrinə təhvil verib.
Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, sərhəddə tutulan 1982-ci il təvəllüdlü şəxsin Fransada qaçqın statusuna sahib olduğu bildirilib.