Bakıda bir nəfər dənizdə batıb.

Unikal.org FHN-ə istinadən bildirir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.
18 iyun 2016-cı il tarixində Bakı şəhəri, Suraxanı rayonunda dənizdə batmış 1959-cü il təvəllüdlü Əliyev İntiqam Həbib oğlunun cəsədi (batdığı yerdən 1000 metr aralıda) Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:15-də başa çatıb.​