Şəmkirdə iki qardaşı bıçaqlayan həbs edildi.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, qardaşlara çoxsaylı bıçaq zərbələri endirən Sabit Əliyev cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq məsuliyyətdən yayınmağa cəhd göstərib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumatlara görə, cinayəti törədən Sabit Əliyev hadisə vaxtı sərxoş olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.
Murad Mahmudov, Şəmkir Mərkəzi Rayon Xəstəxanasının həkimi: "Zaur Abbasov qarın boşluğunun ön divarına, boşluğa keçən kəsilmiş-deşilmiş yara diaqnozu ilə daxil olub. Xəstə təcili əməliyyata götürülüb. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır".
Kəpəz TV (Region TV) xəbər verir ki, şahidlərin sözlərinə görə, hadisəni törədən Sabit Əliyev sərxoş olub. O, hadisədən öncə toy məclisində iştirak edib.