Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı diplomatı saxlayıb.
Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Xidməti yayıb.
Rusiyalı diplomat hüquq-mühafizə orqanlarını satın almağa cəhd edərkən yaxalanıb. Rusiya Baş konsulluğunun əməkdaşına qarşı əməliyyat Xarkovda həyata keçirilib. Həbs edilən şəxs sonradan azad olunsa da, onun arzuolunmaz şəxs elan edilməsi ilə bağlı iş aparılır. Hələlik rusiyalı diplomatın kimliyi haqqında heç bir məlumat verilmir.