Türkiyənin gənc aktyoru və müğənnisi, "Sürməli Emrah" ləqəbi ilə tanınan Emrah Altındağın meyiti tapılıb.
Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Emrah Altındağ intihar edib.
Gənc sənətçinin ölümü ilə bağlı cinayət işi açılıb.
Emrah Altındağ teatr aktyoru olub. Sənət həyatına teatrla başlasa da, son dövrlərdə serial və şou proqramlarında çıxışları ilə yadda qalıb.