Tacikistan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ötən gecə Tacikistanın Xocənd şəhərində dörd məhbus həbsxananın keşikçilərinin silahlarını əllərindən alaraq onları güllələyib və qaçmağa cəhd ediblər.
Unikal.org azertag-a istinadən xəbər verir ki, digər keşikçilər köməyə çağırılıb. Atışmada məhbusların ikisi öldürülüb, ikisi yaralanıb, onlardan biri qaçmağa müvəffəq olub.
Məlumatda bildirilir ki, onlar İŞİD və "Sələfiyyə" dini-ekstremist təşkilatının üzvləri olublar və hər iki təşkilat Tacikistan ərazisində qadağan edilib.
Qaçan cinayətkarın tapılması üçün hüquq mühafizə orqanları iş aparır.
Tacikistan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini Mansurjon Umarov bildirib ki, məhbuslar Əfqanıstanda olan terrorçu qruplaşmalara qoşulmaq üçün həbsxanadan qaçmağa cəhd ediblər.