Misirin Cinayət Məhkəməsi ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin ömürlük azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
 
Unikal.org TASS-a istinadən verdiyi məlumata görə, M.Mursi Qətərin xeyrinə casusluqda ittiham olunub.

Qeyd edək ki, Məhəmməd Məhəmməd Mursi İsa əl-Əyyat 2012-ci il iyunun 5-də Misirin beşinci prezidenti olub. O, 2013-cü il iyulun 3-də hərbi yolla devrilib.